HAQQIMIZDA

          Bakı şəhəri 94 nömrəli tam orta məktəb 1970-ci ildə keçmiş Lenin, indiki Sabunçu rayonundan SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilmiş və elə həmin ilin noyabr ayında istifadəyə verilmişdir. Məktəbin açılışında Heydər Əliyev iştirak etmişdir. Məktəb ikimərtəbəli və dördmərtəbəli olmaqla iki korpusdan ibarətdir. 960 yerlik şagird tutumuna malikdir. Təlim iki – Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 32 sinif otağı, 3 fənn – fizika, kimya, biologiya kabineti, 3 laboratoriya, 3 informatika kabineti, emalatxana, idman zalı, bufet, tibb otağı, 200 yerlik akt zalı, zəngin fondu olan kitabxana vardır. Məktəb 2008-ci ildə əsaslı təmir edildikdən sonra sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir avadanlıqlara təchiz edilmişdir. Məktəbin işçilərinin ümumi sayı 100-dir. Bunlardan 77 nəfəri pedaqoji, 23 nəfəri isə texniki heyətdir. Pedaqoji işçilərin 73 nəfəri ali, 4 nəfəri isə orta ixtisas təhsillidirlər. Hal-hazırda məktəbdə 35 sinif komplekti fəaliyyət göstərir. Azərbaycan bölməsində 21 sinifdə 438, rus bölməsində isə 14 sinifdə 362 şagird təhsil alır. Şagirdlərin 435-i oğlan, 365-ı isə qızdır. Məktəb Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ildə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi