SON ZƏNG

  14 iyun bütün respublikada olduğu kimi məktəbimizdə də 11-cilər üçün son zəng çalındı. Bu tədris ilini uğur dolu nailiyyətlərlə başa vurduq.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Daha sonra buraxılış imtahanında yüksək nəticə göstərmiş və idman, incəsənət sahəsində uğur qazanmış şagirdlər, o cümlədən gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə fərqlənən pedaqoji heyət rəhbərlik tərəfindən "Fəxri Fərman" la təltif olunublar.

  Tədbir iştirakçıları məzunların ifa etdikləri rəngarəng mahnı və rəqslərdən zövq aldılar və onbirincilərə gələcək həyat yolunda uğurlu olmağı arzulayıblar.

  Sonda "Ailəm və məktəbim" layihəsi çərçivəsində məzunlar öz valideynlərinə onlara dəstək olduqları üçün sonsuz təşəkkür rəmzi olaraq onları rəqsə dəvət edibər.

  Yolunuz uzun və açıq olsun əziz onbirincilər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi