Ulu Öndər Heydər Əliyev və qüdrətli Azərbaycan.

  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar olaraq məktəbin kitabxanasında Fəaliyyət Planının 48- ci bəndinə uyğun olaraq “Ulu Öndər Heydər Əliyev və qüdrətli Azərbaycan” adlı maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

  Kitabxanaçılar zəngin təcrübəsilə ölkəmizin inkişaf tarixinə bir-birindən əhəmiyyətli uğurlu səhifələr açan dahi şəxsiyyət haqqında şagirdlərə məlumat veriblər. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış edərək şeirlər söyləyib, dahi şəxsiyyətin müdrik kəlamlarını səsləndiriblər.

  Məqsədimiz şagirdlərimizə xalqımızın xilaskarı Heydər Əliyevin Azərbaycan dövləti qarşısında tarixi xidmətləri haqqında məlumat vermək, əbədiyaşar şəxsiyyətin müdrik kəlamlarını hər zaman xatırlatmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi