MÜTƏXƏSSİSLƏRİN İŞTİRAKI İLƏ PSİXOLOJİ SEMİNAR.

13 may tarixində məktəbin akt zalında psixoloq Məsumə Həsənəliyeva, Dərsdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Hicran İsmayılovanın təşkil etdiyi "Ailəm və məktəbim" layihəsi çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə VII-VIII sinif şagirdləri ilə seminar keçirilib.
Seminara məktəbin valideyni psixoloq Nərmin Hüseynova və Ceyhun Əliyev dəvət olunub və şagirdlərlə maarifləndirici söhbətlər aparılıb. Şagirdlər dinlənilib və sualları psixoloqlar tərəfindən cavablandırılıb.