“Azərbaycan-dünyam mənim “ adlı mütaliə saatı.

Məktəbin kitabxanasında “7 dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində ““Azərbaycan-dünyam mənim “ adlı mütaliə saatı keçirilib.
Zəngin tarixi keçmişimizdən bugünkü tariximizə qədər qəhrəmanlıq və vətənpərvərlik, vətənə məhəbbət, Şanlı Zəfərimiz haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazmışlar. Kitabxana müdiri Səbinə Manafova II sinif şagirdlərinə Solmaz Amanovanın qələmə aldığı “Şuşanın sehrli açarları” adlı nağıl-poemanın bir hissəsini ifadəli oxumuşdur və Şuşanın tarixi, əsərdə adı çəkilən Qarabağ xanlığının banisi Pənahəli xandan məlumat vermişdir. Şagirdlər əsərin məzmunu ilə tanış olduqdan sonra onların sualları ətraflı cavablandırılmışdır. Bununla yanaşı ,şagirdlər vətənə həsr olunan şeirlər söyləyib,mövzu haqqında düşüncələrini çəkdikləri şəkillərdə əks etdiriblər.
Məqsədimiz şagirdlərimizi vətənpərvər ruhda böyütmək ,onlara vətənpərvərliyə aid kitabların oxunmasını tövsiyə etməkdir .