Məktəb psixoloqu sinif rəhbərləri ilə söhbətlər apardı
Noyabrın 5-də 94 nömrəli məktəbdə psixoloq Məsumə Həsənəliyeva VII-IX siniflərin rəhbərləri ilə görüş keçirdi. Görüşün əsas məqsədi risk qrupuna aid olan şagirdlərin aşkar edilərək onlarla müvafiq söhbətlərin aparılması oldu. Sinif rəhbərlərinə risk qrupuna düşmək ehtimalı olan şagirdlərin aşkarlanması üçün anket – sorğu paylandı. Anket-sorğuda olan suallar müzakirə edildi. Psixoloq tərəfindən sinif rəhbərlərinə qabaqlayıcı, psixoprofilaktik məsləhətlər verildi.