Pedaqoji Şuranın iclası keçirilib
Fevralın 1-də 94 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirilib. Məktəbin direktoru Şəmsəddin Vəliyev pedaqoji heyəti gündəlikdə duran məsələlərlə tanış edib. Sonra cari tədris ilinin I yarımilinin yekunları və görülmüş işlərlə bağlı çıxış edib. Çıxışdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri Nailə Həsənova, Rəhilə Tağıyeva, tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova, məktəb Həmkarlar Təşkilatının sədri Gülnarə Əliyevanın birinci yarımilin yekunlarına həsr olunmuş hesabatları dinlənilib. Sonda pedaqoji heyəti maraqlandıran suallar cavablandırılıb.