20 Yanvar faciəsindən 30 il ötür...
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 94 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilib. Faciənin ildönümü ilə bağlı divar qəzetləri işlənib, rəsmlər çəkilib, təqdimatlar nümayiş etdirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ilk dərslər faciə qurbanlarının xatirəsinə həsr olinub, bir qrup müəllim və şagird heyətinin Şəhidlər Xiyabanını ziyarəti təşkil olunub.
Yanvarın 17-də günün sonunda isə 20 Yanvar faciəsinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Şəmsəddin Vəliyev 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi olduğunu qeyd edib. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.