21 Fevral-Beynəlxalq Ana dili Günü

   Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

   2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.Dövlət başçısın “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

    Bu əlamətdar günlə əlaqədar olaraq Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş seminar keçirildi.Şərqiyyə Əliyeva dilin hər bir millətin maddi,mənəvi irsini qoruyan,inkişaf etdirən ən mühüm vasitə olduğunu,hər bir insanın öz ana dilini yaxşı bilməli və onu qorumalı olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi