“Bacarıqlı əllər” dərnəyinin fəaliyyəti

     84 nömrəli məktəbdə  Səhər İsayevanın rəhbərlik etdiyi “Bacarıqlı əllər” texnologiya dərnəyi fəaliyyət göstərir.  Dərnək  V  sinif  şagirdləri  üçün  təşkil  edilib. Uşаqlar həmin dərnəkdə texnologiya və təsviri incəsənət dərslərində öyrəndikləri bilik,  bacarıq və vərdişləri daha da möhkəmləndirirlər. Hər bir şagird özünün nəyə qadir olduğunu nümayiş etdirir.

     Dərnəyin üzvləri tətbiqi incəsənətin müxtəlif sahələrinə aid əl işləri hazırlayıb, nümayiş etdirirlər. Bu dərnək şagirdlərdə estetik hissi tərbiyə edərək, diqqəti, fantaziyanı, yaddaşı və sə inkişaf etdirir.

       Dərnək rəhbəri  Səhər İsayeva ”Bacarıqlı əllər” dərnəyində uşaqların incəsənətə meylinin daha da artmasi və qabiliyyətlərinin təkmilləşdirilməsi üçün çalışır. Dərnək üzvləri bir-birindən gözəl,maraqlı rəsmləri və əl işləri ilə seçilirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi