12 noyabr-Konstitusiya günüdür

     Noyabrın 12-də coğrafiya müəllimi Mehriban Əmikişiyevanın təşkilatçılığı ilə 12 noyabr-Konstitusiya günü münasibətilə “dəyirmi masa” keçirilib.

     Əsas məqsəd hər bir insanda konstitusiya qanunlarına,insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılamaqdan ibarətdir.

     Fənn müəllimi Konstitusiyanın yaranmasının tarixi və inkişaf mərhələlərindən, Ümummilli Liderimiz Heydər Əliyevin bu istiqamətdə xidmətlərindən, əsas qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarından ətraflı danışıb.

     Dəyirmi masa iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıblar. Təhsil hüquqları haqqında şagirdlərə geniş məlumat verilib.

     Daha sonra şagirdlərin mövzu ilə bağlı hazırladığı slaydlar nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi