"Bayraq mənliyimdir, bayraq kimliyim " mövzusunda sinif təşkilat saatı keçirilib

     Noyabrın 7-də ibtidai sinif müəllimi Pərvinə Mehrəliyevanın  təşkilatçılığı və 1”C” sinif şagirdlərinin iştirakı ilə "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda sinif təşkilat saatı keçirilib.

       Tədbirin keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, şagirdlər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

     Tədbirdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Şagirdlər bayrağa, vətənə aid şeirlər söyləyib və vətənpərvərlik mövzusunda hazırladıqları əl işlərini  nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi