Rəsm müsabiqəsi keçirilib

      Noyabrın 5-də Səhər İsayevanın təşkilatçılığı ilə və 5”A” sinif şagirdlərinin iştirakı ilə "9  noyabr-Dövlət Bayrağı Günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

      Müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında vətənpərvərlik hisslərini yüksəltmək, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, istedadlı və yaradıcı şagirdləri üzə çıxarmaq, onların potensialının inkişaf etdirilməsinə dəstək olmaqdır.

    Şagirdlərin müsabiqəyə təqdim etdiyi rəsmlərində Azərbaycana, onun dövlət rəmzlərinə, bayrağına məhəbbət öz əksini tapıb. Eyni zamanda şagirdlər saplardan, digər vəsaitlərdən istifadə edərək bayraq modelləri hazırlayıblar.

     Nəticələr məlum olduqdan sonra qalib şagirdlərin mükafatlandırılması nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi