“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib

         Mayın 6-da məktəbin illik Fəaliyyət planına uyğun olaraq texnologiya müəllimi Səhər  İsayevanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.

       Müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz Ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirmək, Ümummilli Liderimizin irsini gələcək nəsillərə çatdırmaq, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və onların istedadlarını üzə çıxarmaqdan ibarətdir.

        Müsabiqədə iştirak edən şagirdlər vətənimizə, dövlət rəmzlərimiz və vətənpərvərliyə aid  rəsmlər çəkiblər.     

      Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi