"Oğlanlar ağlamaz-Diskriminasiya, gender bərabərliyi, insan hüquqları"

    Aprelin 19-da fəaliyyət planına uyğun olaraq Validə Babayeva tərəfindən 3”B” sinfində “Kompasito” dərsliyindən “Oğlanlar ağlamaz!” mövzusunda sinif təşkilat saatı keçirilib.

    Məqsəd gender bərabərliyi və gender stereotiplərinin müzakirəsi, tolerantlıq hissinin inkişafı, stereotiplərin diskriminasiya yaratdığını göstərməkdir.

      Bu dərsdə 4  kart  hazırlanıb:  mən  razıyam;  mən  bilmirəm;  mən  hələ  də düşünürəm; mən razı deyiləm. Üç  fərqli  fikir  səsləndirilib.  Uşaqlar  seçimlərinə  uyğun  kartları nümayiş etdiriblər. Fərqli kartları seçən uşaqlardan niyə  o yeri seçdikləri soruşulub. Uşaqlar kiçik qruplara bölünüb və hər qrupa bir fikir verilib. Hər qrupa 15 dəqiqə  ərzində  ona düşən fikri müzakirə  edərək,  fikrin ideyasını təsvir edən  səhnəcik hazırlamaq tapşırılıb. Hər  təqdimatdan  sonra tamaşıçılardan səhnəciyin hansı ideyanı təsvir etməsi haqqında fikirlər soruşulub.  Sonra isə səhnəciyi təqdim edən qrupdan hansı ideyanı göstərmək istədikləri soruşulub.

    Sonda gender stereotiplərinin təsiri müzakirə edilib. Suallar vasitəsilə gender bərabərliyi və diskriminasiya uzlaşdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi