"Dünya yay düşərgəsi-Mənin sevimli məşğuliyyətim favoritlərimi seçməkdir!"

     Aprelin 19-da fəaliyyət planına uyğun olaraq Pərvanə Məmmədova tərəfindən 2”Ç” sinfində “Kompasito” dərsliyindən “Dünya yay düşərgəsi” mövzusunda sinif təşkilat saatı keçirilib.

    Məqsəd öz stereotip və önyarğılarını öyrənmək və onların nədən qaynaqlandığını araşdırmaq, diskriminasiyadan uzaq bərabərliyi və azadlığı müdafiə etməkdir.

   Dərsdə düşərgədə istirahət edən 12 nəfər uşağın siyahısı hazırlanıb. Altertnativ olaraq siyahı lövhədə yazılıb, slaydlarda göstərilib. Düşərgədə istirahət edən uşaqların xüsusiyyətləri sadalanıb. Uşaqlara  müstəqil  işləməyi  və  çadırda  birlikdə  qalmaq  üçün  düşərgədəki uşaqlardan  üçünü  öz  istəklərinə  görə  seçmək tapşırılıb. Düşərgədə  istirahət edən uşaqların  hansı  çadırda  qalacağına  qrupla  birlikdə  qərar  verilib. Bu oyun real həyat hadisələri ilə müqayisə edilib.

     Başqa insanlar, hətta heç vaxt görmədiyimiz insanlar haqqında fikirlərimizin necə formalaşdığı, stereotiplərin  niyə diskriminasiyaya apardığı müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi