"Arxamdakı kimdir? Sizcə, mən kiməm?"

      Aprelin 19-da fəaliyyət planına uyğun olaraq Aytəkin Quliyeva tərəfindən 6”A” sinfində “Kompasito” dərsliyindən “Arxamdakı kimdir?” mövzusunda sinif təşkilat saatı keçirilib.

    Məqsəd diskriminasiya, stereotíp və önmühakimə arasındakı əlaqəni aydınlaşdırmaq, ayrı-ayrı şəxs və qruplara münasibətdə stereotiplərin təsirini müzakirə etməkdir.

    Şagirdlərin hər birinin kürəyinə tanınmış insan fotoşəkli yapışdırılıb. Hamı otaq boyu gəzib.  Digər iştirakçıların kürəyinə yapışdırılmış şəkillərə baxılıb və bu insan haqqında  cəmiyyətin ümumi fikrini ifadə edən bəzi sözlər deyilib.  Verilən sözlərin  siyahısı nəzərdən keçirilib və  bunların insan hüquqları ilə  əlaqəsi tapılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi