"Su, təbiətdə yayılması və xassələri" mövzusunda nümunəvi dərs keçirilib

       Məktəbin fəaliyyət planına uyğun olaraq kimya-biologiya aylığı çərçivəsində aprelin 11-də Səadət  Cəfərovanın  rəhbərliyi ilə 7"B" sinfində kimya  fənni üzrə "Su, təbiətdə yayılması və xassələri" mövzusunda nümunəvi dərs keçirilib. 

      Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

     Dərsdə məişətdə istifadə olunan su ehtiyatı ilə davranma qaydaları izah edilib.  Suyun çirklənməsinin səbəbləri və təmiz saxlanmasının əhəmiyyəti şərh edilib. Suyun alınması və kimyəvi xassələrinə aid kimyəvi təcrübələr, müşahidələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi