"Hidrogenin xassələri və tətbiqi" mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq kimya-biologiya aylığı çərçivəsində aprelin 10-da Səadət Cəfərovanın rəhbərliyi ilə 7"A" sinfində kimya fənni üzrə "Hidrogenin xassələri və tətbiqi" mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərs zamanı hidrogenin kimyəvi xassəsinə aid reaksiyaların əlamətlərini və baş vermə səbəblərini izah edilib. Şagirdlərlə maraqlı təcrübələr göstərilib, hidrogenin tərkibi və xassələri öyrənilib. Məktəbin kimya laboratoriyasından səmərəli istifadə olunub.