Aprel döyüşlərinə həsr olunmuş sinif təşkilat saatları keçirilib

       Məktəbin illik fəaliyyət planına uyğun olaraq aprelin 3-də  Aprel döyüşlərinə həsr olunmuş sinif təşkilat saatları keçirilib. Yeganə Kərimova 9”A” sinfində  “Dördgünlük müharibə”,   Nübar Ramazanova isə 1”C”  sinfində “Xalqımızın vətənpərvər oğulları”   mövzusunda sinif təşkilat saatı keçirib.

      Məqsəd Azərbaycan ordusunun Aprel döyüşləri zamanı qazandığı qələbəni məktəb şagirdləri arasında təbliğ etmək, onlara bu barədə məlumat verməkdir.

       İlk əvvəl Azərbaycan Respublikasınınn suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixi qələbəmizin Azərbaycan dövlətinin, ordusunun, əsgərinin gücünü nümayiş etdirdiyi bildirilib.

       Şagirdlərə aprel döyüşlərində  əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarxlar nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi