“Bilik fiquru” mövzusunda sinif təşkilat saatı keçirilib

       Aprelin 1-də fəaliyyət planına uyğun olaraq Nübar Ramazanova tərəfindən 1”C” sinfində “Kompasito” dərsliyindən “Bilik fiquru” mövzusunda sinif təşkilat saatı keçirilib.

        Məqsəd təhsil hüququnu müzakirə etmək, müxtəlif imkanlara malik insanların varlığını anlamaq, bilik almaq yolları və yerləri haqqında daha çox məlumat əldə etməkdir.

       Uşaqlara öyrənmək və inkişaf etmək hüquqları olduğu xatırladılıb. Onların hətta özlərinin təxmin etmədiyi bir çox bilik və bacarığa sahib olduğu qeyd edilib. Uşaqlar dördnəfərlik qruplara bölünüb və hər qrupa iri vərəq verilib. Vərəq üstündə bir uşağın bədəninin konturu çəkiləcək və daxilində şəkillər yapışdırılacaq qədər böyük olub. Oyunun qaydaları izah edilib. Bədənin müxtəlif hissələri müxtəlif bilik və bacarıqlarla əlaqələndirilib. Uşaqlara öyrənmə üslubları barədə məlumat verilib. Qeyd edilib ki, fərqli intellekt növləri və öyrənmə yolları vardır.

        Hər kəsin  öyrənmə hüququ olduğu haqqında nəticə çıxarılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi