"Bağlı gözlərlə" mövzusunda sinif təşkilat saatı keçirilib

         Martın 28-də fəaliyyət planına uyğun olaraq Xəyalə Aslanova tərəfindən 1”Ç” sinfində “Kompasito” dərsliyindən “Bağlı gözlərlə” mövzusunda sinif təşkilat saatı keçirilib.

        Məqsəd - sağlamlıq imkanları məhdud uşaqların xüsusi hüquq və tələbatlarını anlamaq, qrupda müxtəlif ünsiyyət formalarını və əməkdaşlığı inkişaf etdirmək olub.

        Səhnələşdirmə və müzakirə üsulundan istifadə olunub. Uşaqlar qruplara bölünüb. Onlara kağız gəlinciklər və hər bir gəlincik   üçün paltar dəsti göstərilib. Hər bir qrup üzvü növbə ilə kağız gəlinciyi bağlı gözlərlə geyindirib. Bu vəziyyətdə şagirdlərdən özlərini necə hiss etdikləri soruşulub.

        Sağlamlıq imkanları məhdud insanların da hər bir insan kimi əsas tələbat və hüquqları olduğu haqqında nəticə çıxarılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi