"Göynəyir sinəm, Xocalı" mövzusunda tədbir keçirilib

      Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar məktəbimizdə keçiriliən silsilə tədbirlər çərçivəsində fevralın 25-də Aydan Həsənovanın təşkilatçılığı və 4"B" sinif şagirdlərinin iştirakı ilə "Göynəyir sinəm, Xocalı" mövzusunda tədbir keçirilib.

      Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

     Məktəb rəhbərliyi, müəllimlər öz çıxışlarında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cimayət olduğunu bildiriblər. Şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi