Məktəbəhazırlıq qruplarında məşğələlər davam edir

Məlumdur ki, məktəbdə üç məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Əsiyə Qafarova, Aydan Həsənova və Pərvinə Mehrəliyeva rəhbərlik etdiyi qruplarda 70 uşaq hazırlıq keçir. Qrup rəhbərləri bu işə böyük həvəslə yanaşır,uşaqlara sevgi və qayğı göstərir, məşğələlər zamanı fiziki və sosial inkişafı təmin etməyə çalışırlar.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qruplarında “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Ətraf aləmlə tanışlıq”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.