Məktəbəhazırlıq qruplarımızın tədris ili başa çatdı

  Məktəbəhazırlıq qruplarımızın tədris ili başa çatdı.

  Cari tədris ilində məktəbimizdə 3 məktəbəhazırlıq qrupu fəaliyyət göstərmişdir. Balaca şagirdlərimiz bu dövr ərzində məktəb həyatına uyğunlaşmaq, əsas bilik və bacarıqları mənimsəmək istiqamətində mühüm addımlar atmışlar. Şagirdlər artıq məktəbəhazırlıq proqramını uğurla başa vurmuş, son dərs gününü qeyd etmişlər.

  Şagirdlərimizi göstərdikləri irəliləyişə və əzmkarlığa görə təbrik edir, onların gələcək təhsil həyatında uğurlar arzulayırıq. Növbəti tədris ilində bu balaca məzunlarımızı artıq 1-ci sinif şagirdləri kimi məktəbimizdə görməkdən məmnun olacağıq.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #Məktəbəhazırlıqqrupları #şagird

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi