İcma əsaslı məktəbəqədər təhsil qruplarında dərs məşğələləri sona çatdı

İcma əsaslı məktəbəqədər təhsil qruplarında dərs məşğələləri sona çatdı.
Məktəbimizdə fəaliyyət göstərən 3 icma əsaslı məktəbəqədər təhsil qrupunda dərs məşğələlərinin sona çatması münasibətilə tədbir keçirildi. Tədbirdə şagirdlər bir-birindən maraqlı çıxışlar, şeirlər, rəqslər və səhnəciklərlə öz bacarıqlarını nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi, valideynlər iştirak edərək uşaqların sevincinə şərik oldular. Sonda şagirdlərə xatirə hədiyyələri təqdim olundu, gələcək təhsillərində uğurlar arzulandı.
Son dərs məşğələsi münasibətilə şagirdləri təbrik edir, hər birinə uğurlu və parlaq gələcək arzulayırıq.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #İcmaəsaslıtəhsil #müəllim #şagird