"Geyimlər" mövzusunda nümunəvi dərs keçirilib

       Martın 16-da məktəbin fəaliyyət planına uyğun olaraq xarici dillər aylığı çərçivəsində Sədaqət Məmmədova  5"A" sinfində "Geyimlər" mövzusunda nümunəvi dərs tədris edib.

       Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

         Fənn müəllimi dərs zamanı qruplarla iş forması və rollu oyunlardan istifadə edib. Yeni təlim üsulları ilə keçilən dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən müsbət qiymətləndirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi