"Təbiət"  mövzusunda nümunəvi dərs keçirilib

       İbtidai siniflər  aylığı çərçivəsində dekabrın 13-də  Aygün Ağayevanın  təşkilatçılığı ilə  1"B" sinfində həyat bilgisi  fənni üzrə  "Təbiət"  mövzusunda nümunəvi dərs keçirilib.

        Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

       Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər cütlərlə tapşırıqlar icra ediblər. Azərbaycan dili və təsviri incəsənət  fənləri ilə inteqrasiya yaradılıb.

   Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub     

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi