“Yay məktəbi” çərçivəsində biologiya dərsləri

“Yay məktəbi” çərçivəsində biologiya müəllimi Aytəkin Quliyeva VI və VII siniflərdə biologiya dərslərini açıq hava şəraitində təşkil edib.
Məktəbin həyətyanı sahəsində “Məktəbyanı ərazidə olan bitkilərin müxtəlifliyi”, “Müxtəlif növ bitkilərin vegetativ və generativ orqanları” mövzusunda dərsləri tədris edib.
Şagirdlər məktəbyanı ərazidə olan bitkilərin sistematik kateqoriyadakı yerini əyani şəkildə tapdılar.