"Sönməz, əbədidir Heydər Əliyev" adlı anım tədbiri keçirilib

       Dekabrın 10-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində  Azərbaycan dili müəllimi Lalə Həsənovanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Sönməz, əbədidir Heydər Əliyev" adlı anım tədbiri keçirilib.

      Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin  Azərbaycançılıq  məfkurəsinin uşaq və  yeniyetmələr arasında   geniş təbliğ edilməsi, Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

       Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Lamiə Namazova, mərkəzin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edənlər dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışıb, onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğulayıblar. Heydər Əliyevin şəxsiyyət kimi gerçək xüsusiyyətləri, fikir və ideallarını dərindən öyrənməyin və onun gənc nəslə yüksək səviyyədə öyrətməyin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

        Məktəblilər Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyib,mahnılar səsləndirib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər . Həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi