Ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Prezident təqaüdü”nə layiq görülən məzunlarımız1.Məmmədova Aytən Sirac
2003 ilin buraxılışı. Toplanılan bal: 675.000. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına qəbul olunub.
2.İbrahimova Nərmin Elkömək
2003 ilin buraxılışı. Toplanılan bal: 674.286. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına qəbul olunub.
3.Rzayev Türkay Rəfail
2005 ilin buraxılışı. Toplanılan bal: 662.946. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına qəbul olunub.
4.Ocaqverdiyeva Səidə İmdat
2005 ilin buraxılışı. Toplanılan bal: 683.304. "Qafqaz" Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisasına qəbul olunub.
5.Qasımov Turab Ədalət
2005 ilin buraxılışı. Toplanılan bal: 672.946. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına qəbul olunub.
"Nailiyyətlərimiz" haqqındaMəktəb-lisey məzunlarının ali təhsil müəssisələrinə qəbulu ilə bağlı 2001-ci ildə respublikada 4-cü nəticə göstərmişdir (“Abituriyent” № 12, 2001). Məzunlardan 5 nəfəri ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Prezident təqaüdü”nə layiq görülüblər.
Əldə etdiyi nəticələrə görə 2007-2008 və 2013-2014-cü tədris illərində 83 nömrəli məktəb-lisey Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş və 10000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.
Məktəb-liseyin müəllimləri “Ən yaxşı müəllim” müəllim müsabiqəsinin qalibləri olmuşdur:
Məmmədova Nüşabə Əsəd qızı (biologiya müəllimi, 2008),
Teyli Akif Əmiraslan oğlu (kimya müəllimi, 2010),
Aslanov Qələndər Asdan oğlu (fiziki tərbiyə, 2011),
Hacıyeva Fatma Nəcəf qızı (informatika, 2012).
Məktəb-liseyin dörd nəfər müəllimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən“Əməkdar müəllim” fəxri adına layiq görülüb:
Ağayev Nizami Abbas oğlu (fizika, 2011),
Teyli Akif Əmiraslan oğlu (kimya müəllimi, 2012),
Məmmədova Nüşabə Əsəd qızı (biologiya,2013),
Həsənov Kamandar Abdulkərim oğlu (coğrafiya, 2014).
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimiHəmidov Yaşar Talıb oğlu"Tərəqqi medalı" (2011) ilə təltif olunmuşdur.
Əliyeva İlhamiyyə İlham qızı məktəb-liseyi qızıl medalla bitirib. ( 2013-cü il)