HAQQIMIZDA

Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-lisey 1971-ci ildən fəaliyyətə başlayıb.

Məktəb 5 günlük iş rejimi ilə iki növbədə çalışır. II, IV ("Sağlam Təhsil" sinifləri istisna olmaqla) və V siniflər II növbə üzrə təhsil alır. Təhsil üç pillədən ibarətdir: ibtidai təhsil ( I - IV siniflər )‚ ümumi orta təhsil (V - XI siniflər)‚ tam orta təhsil ( X - XI siniflər).Təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbdə müasir avandanlıqlarla təmin olunmuş kimya‚ fizika‚ biologiya laboratoriyaları‚ internet şəbəkəsinə qoşulmuş kompyuter otaqları‚ linqafon kabineti‚ "STEAM" kabineti‚ hərbi kabinet‚ kitabxana‚ akt və idman zalı mövcuddur. Sinif otaqları və dəhlizlər kamera vasitəsilə izlənilir. Kitabxana müxtəlif bədii ədəbiyyatla ‚ metodiki vəsaitlərlə təmin olunub.

Eyni zamanda məktəbdə şagirdlərə "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən nəzarət edilir. Tədris prosesində İKT avadanlıqlarından‚ kompyuter‚ proyektor‚ elektron lövhələrdən istifadə edilir. 2023-2024- cü tədris ilində məktəb-liseydə I-XI sinifər üzrə 71 sinif fəaliyyət göstərir. Ümumilikdə 1938 şagird təhsil alır.Məktəb liseydə 1 məktəbə hazırlıq qrupu (30 uşaq) fəaliyyət göstərir. Şagirdlərin təlim - tərbiyəsi ilə 147 nəfər pedaqoji heyət üzvü məşğul olur. Müəllimlərdən 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru‚ 1 nəfəri "Əməkdar müəllim"‚ 1 nəfəri "Kimya elmləri namizədi"‚ 3 nəfəri isə "Qabaqcıl təhsil işçisi" fəxri adına layiq görülüb.

2022-2023-ci tədris ilində məzunların ali məktəblərə qəbul nəticələri 95% olub. Məktəb-liseyin Nizamnaməsinə uyğun olaraq meyil və bacarıqları nəzərə alınmaqla VI  sinifdə illik qiymətləri profil fənn üzrə 4 və 5 olan şagirdlər imtahan vasitəsilə  VII lisey siniflərinə qəbul olunurlar.Məktəb-lisey Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009 və 2014 - ci illərdə "İlin ən yaxşı məktəbi" adına layiq görülüb.Məktəb "Rəqəmsal bacarıqlar"‚ "STEAM"‚ "Sağlam təhsil-sağlam millət", "Şagird davranış qaydaları" layihələrinə qoşulub. Adı çəkilən layihələr uğurla həyata keçirilir. Təhsil ocağında şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması‚ yaradıcı təfəkkürünün inkişafı‚ bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə "Kiçik Akademiya" fəaliyyət göstərir.

Məktəb liseyin 2 nəfər məzunu - baş leytenant Nəcəfov Cəmil Nəcəf oğlu və əsgər İsmayılov Rövşən Məmmədağa oğlu II Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlib.Məktəbdə yüksək tədris mühitinin yaradılmasına‚ təhsilin keyfiyyətinin yüksəldilməsinə‚ şagirlərə əsaslı bilik verməklə yanaşı‚ onların müstəqil düçüncəyə malik, milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına‚ vətənpərvərlik‚ dövlətçilik və Azərbaycançılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi