FƏXRİMİZ

Bakı şəhəri 83 nömrəli məktəb-lisey Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun adını daşıyır.

Həbibulla Hüseynov 9 oktyabr 1910-cu ildə Ərdəbil şəhərində anadan olub. O, 1928-ci ildə Tiflis hərbi məktəbini bitirib. Müharibənin ilk günlərindən Qərb cəbhəsində diviziya komandiri kimi düşmənlə vuruşub. Həbibulla Hüseynov 1943-cü ildə SSRİ müdafiə nazirinin əmri ilə 268-ci zenit-artilleriyası qvardiyasının  komandiri təyin edilib. Onun rəhbərlik etdiyi birləşmələr I Pribaltika cəbhəsinin tərkibində Pribaltika və Şərqi Prussiyanın azad edilməsi uğrunda mübarizə aparıb.

1945-ci ilin yazında III Belarus cəhbəsi Zenlaynd yarımadasının düşməndən azad edilməsinə başladığı vaxt alman faşistləri əks hücümlarla, nəyin bahasına olursa-olsun Pillau rayonuna daxil olmaq istəyirdi. Qaydau kəndi yaxınlığında vəziyyət daha da gərgin idi. Burada almanlar tankların köməyi ilə sovet müdafiəsini yarıb keçmişdilər. Bu vəziyyətdə polkovnik zenit hissələrinə "irəli" əmrini verir və düşmənin tanklarını birbaşa hədəfə alır. 6 aprel 1945-ci ildə 35 yaşlı komandir komanda məntəqəsini tərk edir və döyüşə şəxsən rəhbərlik edir. Düşmən hücumunun  qarşısı alınır və onlar geriyə cəkilməyə məcbur olur. Bu döyüşdə diviziya komandiri, polkovnik Həbibulla Hüseynov qəhrəmancasına həlak oldu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1945-ci il tarixli Fərmanı ilə qvardiya polkovniki Hüseynov Həbibulla Eynulla oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür (ölümündən sonra).

Düşmənlə döyüşdə göstərdiyi igidlik və şücaətinə görə polkovnik Həbibulla Hüseynov bir sıra orden və medallara layiq görülüb:

İki Döyüş Qırmızı Bayraq ordeni

Qırmızı Ulduz ordeni

Birinci dərəcəli Böyük Vətən Müharibəsi ordeni

Stalinqadın müdafiəsi uğrunda orden

Kenisberqin alınması uğrunda orden. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi