Nailiyyətlərimiz

“Ən Yaxşı Hakim”Qələndər Aslan oğlu Aslanov məktəb-liseyin fiziki tərbiyə müəllimi, 2008-ci ildən Təhsil Nazirliyində ümumtəhsil məktəblərində Kurikulum əsasında Dərsliklərin Qiymətləndirilmə Şurasının tərkibində 1 və 8-cı siniflər üçün Fiziki tərbiyə fənni üzrə "Dərslik" və “Müəllim üçün Metodik Vəsait”in qiymətləndirilməsində ekspertdir. 2012-ci ildə Respublika üzrə keçirilən “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi olmuşdur.Dəfələrlə rayon İcra Hakimiyyətinin Gənclər və İdman idarəsi, məktəb rəhbərliyi tərəfindən pedaqoji fəaliyyətinə, ictimai işlərdə fəallığına, rayon yarışlarında müvəffəqiyyətlə iştirakına, uşaq və yeniyetmələrin fiziki təlim-tərbiyəsində göstərdiyi xidmətlərinə görə Fəxri Fərmanlarla təltif olunub.2012-ci ildə Binəqədi rayonunda “İlin Ən Yaxşı İdman Müəllimi” Fəxri Fərmanı ilə təltif olunmuşdur.1985-1995-ci illərdə idmanın Yunan Roma güləşi ilə, 1995-ci ildən isə Kyokuşin Karate (Mütləq Həqiqət) tam kontaktlı döyüş növü ilə məşğul olur. Məşğul olduğu müddətdə bir çox uğurları olub. Dəfələrlə Azərbaycan çempionu, müxtəlif beynəlxalq yarışların qalibi, Avropa və dünya çempionatlarının iştirakçısı və mükafatçılar sırasında olub.2007-ci ildə təcrübə mübadiləsi və idman dərəcəsinin artırılması məqsədilə beynəlxalq seminarda 30 fasiləsiz ardıcıl döyüşlər keçirmişdir. Beynəlxalq Kyokuşin-kan karate təşkilatının Azərbaycanda rəsmi nümayəndəsi, "Samuray" idman klubu ictimai birliyinin sədridir. Beynəlxalq dərəcəli hakim, III Dan qara kəmər ustasıdır. Azərbaycanda dəfələrlə Respublika turnirləri, kubok yarışları, beynəlxalq turnirlər və Avrasiya çempionatı keçirmişdir. Yetirmələri arasında Avropa və dünya çempionları vardır.2012-ci ildə Avropanın “Ən Yaxşı Hakimi” adına layiq görülüb.

“2008-ci İlin Ən Yaxşı Müəllimi”, 2013-cü ilin “Əməkdar Müəllimi”Nüşabə Əsəd qızı Məmmədova məktəb-liseyin biologiya müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 01 oktyabr 2001-ci il tarixli “Fəxri Fərman”, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə: 2006-cı ldə “Tərəqqi Medalı”, “2008-ci ildə İlin Ən Yaxşı Müəllimi”, 2013-cü ildə “Əməkdar Müəllim” adına layiq görülmüşdür. 2006- cı ildə –HBƏT proqramları və müəllimlər üçün (V-IX və X-XI) hazırlanmış metodik vəsaitin həmmüəllifi. 2008-ci il – Ali məktəblər üçün Zoologiya kitabının rəyçisi. 2009-cu il- Təhsil Nazirliyi tərəfindən çap edilmiş XI siniflər üzrə test bankı- həmmüəllifi. 2010-cu ildə çap olunmuş X sinif ümumi biologiya dərsliyinin həmmüəllifi, 2010-ci ildə çap XI sinif ümumi biologiya dərsliyinin metodik rəyçisi,2011: 7-ci sinif "Zoologiya" dərsliyinin həmmüəllifi. 2011: 8-ci sinif "Zoologiya" dərsliyinin həmmüəllifi. 2012: 5-ci sinif “Həyat bilgisi” dərsliyinin həmmüəllifi 2013: 6-cı sinif “Həyat bilgisi” dərsliyinin müəllifi.2014: 7-ci sinif “Həyat bilgisi” dərsliyinin həm müəllifidir

"Əməkdar Müəllim"Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında 30 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə məktəb-liseyin coğrafiya müəllimi Həsənov Kamandar Abdulkərim oğluna “Əməkdar müəllim” fəxri adları verilmişdir:

HAQQIMIZDA

Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-lisey 1971-ci ildən fə...

BİZİM FƏXRLƏRİMİZ

Tarif Hüseynov Həmid-Toplanan bal:634.7

Əli Məmmədli Məmməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi