Türkiyənin İstanbul Şəhərində Keçirilən Beynəlxalq Turnirin Qızıl MedalçısıQurbanzadə Fuad Elşad oğlu, 2003-cü ildə Bakıda anadan olub. İki ildən artıqdır ki, idmanın Kyokuşin karate döyüş növü ilə məktəbin fiziki tərbiyə müəllimi beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun yanında məşğul olur. Məşğul olduğu müddətdə karate seminarları keçərək test normativləri yerinə yetirmiş və göy kəməri qazanmışdır. 2014-cü ildə Bakı birinciliyində ilk yarışı olmasına baxmayaraq, bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülmüşdür. 2015-ci ilin fevralında keçirilən Xocalı faciəsinə həsr olunmuş turnirdə 3-cü yerlə kifayətlənən gənc idmançımız, 19 aprel 2015-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi oldu. İdmançımıza qələbə arzulayırıq.
“İlin Ən Yaxşı İdmançısı”Zeynallı Solmaz Ruslan qızı, 1998-ci ildə Bakıda anadan olub. Məktəb-liseyin11c sinfində oxuyur. Uşaq yaşlarından idmanın döyüş növünə həvəsi olan Solmaz, nəhayət ki, Kyokuşin karateni seçdi. Məktəbin fiziki tərbiyə müəllimi beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun yanında məşqlərə başladı. 2011-ci ildə bir neçə ay ciddi məşqlərə başlayan Solmazın yarışlara qatılmaq arzusu üzə çıxdı və ilk yarışını Zaqatalada keçirilən turnirdə çempion adını qazanması oldu. Növbəti nəticəsi elə həmin ildə Respublika birinciliyində qazandığı gümüş medal oldu. Beləliklə qalibiyyət ardıcıl olaraq gəlirdi. Azyaşlı olmasına baxmayaraq, 2012-ci ildə böyüklər arasında keçirilən Respublika çempionatında, Bakı çempionatında və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək çempion adını qazandı. Həmin ilin dekabr ayında Rusiyada keçirilən Dünya birinciliyində Yapon döyüşçüsünə məğlub olaraq mükafatçılar sırasına düşdü. 2013-cü ildə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə 3-cü yer və turnirin “Yüksək ruhlu döyüşçüsü” naminasiyası ilə təltif olundu. Respublika çempionatının və beynəlxalq turnirlərin çempionu oldu. 2014-cü ildə Avrasiya çempionu, Respublika çempionu və “Ən yüksək texnikalı döyüşçü” naminasiyası ilə təltif olundu. İlin sonunda Türkiyənin Yozgat şəhərində “qızıl kəmər” uğrunda keçirilən yarışda ciddi zədələr alaraq, gümüş mükafata layiq görüldü. Solmaz 2014-cü ilin sonunda “İLİN ƏN YAXŞI İDMANÇISI” fəxri fərmanı ilə təltif oludu. İdmançımıza tutduğu yolda uğurlar arzulayır, medalının Olimpiya oyunlarından gələcəyini ümid edirik.
Qabaqcıl Təhsil İşçisiSara Hüseyn qızı Hüseynova - 07.10.1954-cü il tarixdə anadan olub.18.11.1994-cü il tarixdən məktəb-liseydə ingilis dili fənnini tədris edir.Təhsil nazirinin 06 mart 2007 – ci il tarixli 11/97 nömrəli əmri ilə təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim – tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.