"Hüseyn Cavid ürəklərdə"

15.11.2019-cu il tarixində Sabunçu rayon N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə dahi Hüseyn Cavidin 137 illiyinə həsr edilmiş "Hüseyn Cavid ürəklərdə" adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir.
IX və X sinif şagirdlərinin hazırladığı tədbirdə Cavid əfəndinin həyat və yaradıcıllığından bəhs edən vide-rolik nümayiş etdirilmiş, səhnə əsərlərində fraqmentlər göstərilmişdir. Şagirdlərin böyük həvəslə səhnələşdirdiyi "Qız məktəbində", "İblis" faciəsindən nümayiş etdirdikdən İblisin monoloqu, söylənilən şeirlər Hüseyn Cavidin yaradıcıllığına olan böyük marağın bariz nümunəsi idi.
Hüseyn Cavidin şeirlərinə bəslənən mahnılar səsləndirilmişdir. Tədbirin sonunda 80 nömrəli məktəbin direktoru İlahə Axundova çıxış edərək Cavid əfəndinin Azərbaycan ədəbiyyatındakı mühim rolundan danışmış, şagirdlərə Hüseyn cavidin yaradıcılığı ilə daim maraqlanmağı, daha dərindən öyrənməyi tövsiyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi