Məktəbimizdə 9-cu sinif şagirdlərinin iştirakı ilə “Gender bərabərliyi” mövzusunda maarifləndirici seminar-məşğələ təşkil olunmuşdur

Seminar məktəbin psixoloqu tərəfindən aparılmış və yeniyetmələrin sosial şüurunun formalaşmasına, bərabərlik və ədalət anlayışlarının aşılanmasına xidmət etmişdir.
Tədbirin əsas məqsədi şagirdlərdə gender bərabərliyi haqqında düzgün təsəvvür yaratmaq, onların sosial münasibətlərində bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan davranış vərdişlərinin formalaşdırılmasına dəstək vermək olmuşdur.
Seminar zamanı şagirdlərə “gender” və “gender bərabərliyi” anlayışlarının mahiyyəti izah edilmiş, cəmiyyətin müxtəlif sahələrində bu anlayışların rolu və əhəmiyyəti geniş şəkildə izah olunmuşdur. Psixoloq, gender stereotiplərinin (məsələn, “qızlar bu peşəni seçməz”, “oğlanlar emosiyalarını göstərməməlidir” kimi ifadələrin) necə formalaşdığı və cəmiyyətə təsiri barədə məlumat vermişdir.
Tədbir nəticəsində şagirdlər gender bərabərliyinin yalnız hüquqi və sosial məsələ deyil, eyni zamanda mədəni və insani dəyər olduğunu daha yaxşı dərk etmişlər.
Bu cür maarifləndirici məşğələlər yeniyetmələrin daha empatik, anlayışlı və ədalətli fərd kimi formalaşmasına töhfə verir.
Psixoloq İlhamə Quliyeva.