“Konstitusiya və Suverenlik ili” çərçivəsində 9-cu siniflərlə Dəyirmi Masa keçirildi

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması münasibətilə məktəbimizdə silsilə tədbirlər davam edir.
Tarix müəllimi Sevda Əhmədovanın təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında Dəyirmi Masa keçirilib. Tədbirin əsas məqsədi şagirdlərə ölkəmizin dövlətçilik tarixini, Konstitusiyanın mahiyyətini və suverenliyin əhəmiyyətini daha dərindən anlatmaq olub.
Görüş zamanı şagirdlər Konstitusiyanın yaranma tarixi, əsas prinsipləri və vətəndaşların hüquq və vəzifələri barədə məlumatlarla bölüşüb, fəal müzakirələr aparıblar. Eyni zamanda, Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi mərhələlər və bu yolda əldə olunan uğurlar xüsusi vurğulanıb.
Belə tədbirlər gənc nəslin vətənə bağlı, hüquq və azadlıqlarına bələd olan məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.