2A sinfi Bakı Zooparkı və İçərişəhərə ekskursiya etdi

Məktəbimizin 2A sinif şagirdləri sinif rəhbərlərinin müşayiəti ilə maraqlı və maarifləndirici bir ekskursiyada iştirak ediblər. Ekskursiya çərçivəsində şagirdlər Bakı Zooloji Parkını və İçərişəhəri ziyarət ediblər.

Zooparkda uşaqlar müxtəlif heyvan növləri ilə tanış olub, onların yaşayış şəraiti və qidalanma qaydaları haqqında məlumat alıblar. Təbii mühitə yaxın şəraitdə heyvanları müşahidə etmək şagirdlərdə həm maraq, həm də təbiətə sevgi və qayğı hissi yaradıb.

Ekskursiyanın ikinci mərhələsi İçərişəhərdə davam edib. Balacalar Azərbaycanın qədim tarixi ilə tanış olaraq Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi abidələri ziyarət ediblər. Bu səfər onların vətənpərvərlik hisslərini gücləndirməklə yanaşı, milli irsimizi öyrənmək baxımından da əhəmiyyətli olub.

Belə ekskursiyalar şagirdlərin həm biliklərini artırır, həm də məktəbdənkənar fəaliyyətlərdə fəal iştirak etmələrinə şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi