İbtidai sinif şagirdlərinin monitorinqi keçirilmişdir.

Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyeva Gülanə II-IV ibtidai sinif şagirdləri arasında 5-7 noyabr tarixlərində monitorinq keçirmişdir. II sinif şagirdləri Azərbaycan dili,Riyaziyyat və Həyat bilgisi fənnindən, III və IV sinif şagirdləri isə Azərbaycan dili,Riyaziyyat,İngilis dili və Həyat bilgisi fənnindən monitorinqdə iştirak etmişdirlər.Monitorinqin təşkil olunmasında məqsəd şagirdlərin bilik səviyyəsi ilə tanış olmaq, şagirdlərin mütəmadi inkişafını izləməkdir.