"Gender bərabərsizliyi"

05.11.2019-cu il tarixində məktəbin 10 -cu siniflərinin iştirakı ilə "Gender bərabərsizliyi" nə həsr olunmuş dəyirmi masa keçirildi.
Dəyirmi masada "Gender bərabərsizliyi"nə həsr olunmuş video-çarx nümayiş olundu. Şagirdlərə Gender bərabərsizliyinin mahiyyəti haqqında ətraflı məlumat verən müəllimlər bu məsələnin nə qədər qlobal məsələ olmasını bildirdilər. Mövzu ətrafında danışan müəllimlər şagirdlərin fikirləri ilə maraqlandılar. Şagirdlər məhz ailə çərçivəsində qadın və kişi hüquqlarının bərabərsizliyində, az yaşlı qızların tez ərə verilməsində və bu kimi başqa problemlərdən danışdılar. Sonda məktəb rəhbərliyi şagirdlərə öz minnətdarlığını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi