"Dəyirmi masa"

02.11.2019-cu il tarixində N.İsmayılov adına 80 №-li tam orta məktəbin kitabxanasında C,Məmmədquluzadənin həyat və yaradıcıllığına həsr edilmiş maarifləndirici dəyirmi masa təşkil edilmişdir. Kitabxana müdiri Lyudmila Rüstəmova Mirzə Cəlilin həyat və yaradıcıllığı, müxtəlif əsərləri haqqında şagirdlərə məlumat vermiş, onun əsərlərinin xalqımızın həyatındakı rolundan bəhs etmişdir. Şagirdlər C.Məmmədquluzadənin əsərləri ilə bağlı öz fikirlərini söyləmişlər.