“Uşaqlar dünyanın sevincidir.”

Məktəbimizdə mövzu ilə bağlı 31.10.2019-cu il tarixində ibtidai sinif şagirdləri arasında “Mənim hüquqlarım” adlı inşa müsabiqəsi keçirilmişdir. Bununla yanaşı 9ç sinif şagirdləri “Uşaqlar dünyanın sevincidir.” başlığı altında dəyirmi masa təşkil etmişlər. Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilmiş,hazırki cəmiyyətdə uşaqların hüquq və vəzifələrindən danışılmışdır.
Tədbirdə məktəb rəhbərliyi, uşaq birliyi rəhbəri, kitabxanaçı
və fənn müəllimləri iştirak etmişlər. Şagirdlərin çıxışından sonra məktəb rəhbərliyi və müəllimlər şagirdlərin hüquq və vəzifələrinin qorunması ilə bağlı hazırladıqları videoçarxa görə minnətdarlıqlarını bildirmiş, hüquq və vəzifələrinin daim qorunmasında uğurlar arzulamışdır.