Şəhid ruhlarımız daim qəlblərdə yaşayır.

31.10.19-cu il tarixində məktəbin şəhid məzunu N.İsmayılovun 60 illik yubileyinə həsr olunan tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlandı. Tədbirdə səslənən şeirlər, oxunan mahnılar, göstərilən tamaşalar 3a və 9ç sinfinin şagirdlərinin ifasında oldu. Tədbirdə şəhid N.İsmayılovun ailə üzvləri, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbahət xanım, Sabunçu Gənclər Mərkəzinin baş məsləhətçisi Elnarə xanım, valideyn və müəllimlər iştirak edirdi. Rəngarəng proqramla çıxış edən şagirdlərin ifasından sonra müəllimlər, tədbirə dəvət olunan qonaqlar şagirdlərə gözəl ifalarına görə təşəkkürünü bildirdilər