"Bilik günü"

16.09.2019-cu il tarixində Bakı şəhəri Sabunçu rayonu N.ismayılov adına 80 №-li məktəbdə “Bilik günü” qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin direktor əvəzi İ.Axundova tədbiri açıq elan edərək, tədbir iştirakçılarını salamlayıb,dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri, və müəllimləri təbrik edib onlara yeni tədris ilində uğurlar arzu edib. “Bilik günü”ndə iştirak edən icra hakimiyyətinin şöbə müdiri Günay xanım və məktəbimizin keçmiş məzunu Şəhanə xanım yeni dərs ilinin sevincini bizimlə bölüşüblər. Yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri, və müəllimləri təbrik edib onlara uğurlar arzulayıblar. Sonra məktəbin birinciləri tədbir iştirakçıları qarşısında şeirlər söyləyiblər. Tədbirin sonunda şagirdlər ilk zəng sədaları altında sinif otaqlarına daxil olublar.