Pedaqoji mühazirə qalibləri təcrübələrini bölüşür.

Ümumi təhsil müəssisələrində Pedaqoji mühazirələrin qalibləri olan müəllim, məktəb rəhbəri və psixoloqun məktəb daxilində dinlənilməsi keçirilir.
Məktəbdaxili dinləmələrin əsas məqsədi pedaqoji mühazirə qaliblərinin-təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl və yüksək nailiyyətlər qazanmış şəxslərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdən ibarətdir.Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülanə Əliyeva da pedaqoji mühazirələrin qaliblərindən biridir.Məktəbdaxili dinləmə zamanı Gülanə Əliyeva təcrübələrini həmkarları ilə bölüşmüşdür.
Qeyd edək ki, Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübəsini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.
Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, psixoloqlar I, II, III dərəcəli diploma və Tərifnaməyə layiq görülüb.