Pedaqoji mühazirələrin nəticələri bəlli olub.

“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə Azərbaycan Respublikası Təhsil nazirinin 14.08.2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə bağlı 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunan Respublika Pedaqoji mühazirələri başa çatıb.
Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübəsini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.
Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, psixoloqlar I, II, III dərəcəli diploma və Tərifnaməyə layiq görülüb.
Pedaqoji mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan pedaqoji işçilər də uğurla iştirak edərək, müvafiq nominasiyalar üzrə təltif olunublar.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini təmsil edən 16 nəfər pedaqoji mühazirələrdə qalib gəlib və fərqlənib.
Məktəbimizin Təlim-tərbiyə işləri üzrə direktor müavini Gülanə Əliyeva Respublika pedaqoji mühazirələrin qaliblərindən biridir.