"Son zəng"

14.06.2019-cu il tarixində Bakı şəhəri Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin "Son zəng" tədbiri keçirildi. "Son zəng" tədbiri səhər saat 10:00 - da başlandı. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başladı, daha sonra Azərbaycan Respublikasının Dövlət bayrağı tədbir keçirilən meydana gətirildi. Məktəbin direktor əvəzi İ.Axundova tədbirdə iştirak edən qonaqları, valideynləri və müəllimləri salamladı, 2018/2019- cu ilin məzunlarını tədbirə dəvət etdi. Onbirincilər sinif rəhbərləri ilə bərabər meydana daxil oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin ümumi şöbənin müdiri Qəzənfər Həsənov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sədaqət Məmmədova iştirak edirdi. Tədbir rəngarəngliyi ilə diqqəti cəlb edirdi. Bir-birindən maraqlı diqqət cəlb edən mahnılar,rəqslər, söylənilən fikirlər, məzunların ifasında deyilən şeirlər tədbiri daha maraqlı edirdi. Birincilərin meydana gəlişi tədbiri daha maraqlı etdi.
Direktor əvəzi İ.Axundova tədbirdə çıxış edərkən ulu öndər H.Ə.Əliyevin təhsilə, müasir gəncliyə verdiyi qiymətdən danışdı, Ulu öndərin layiqli davamçısı İlham Əliyev cənablarının müasir gəncliyin milli ruhda böyüməsindən, məhz milli ruhda böyüyən Azərbaycanımızın müstəqilliyinin əbədi olmasından danışdı. Məktəbin 2018/2019- cu tədris ilində olan uğurlarından danışan İ.Axundova tədbirin sonunda istər bilik,istər hərbi, istər idman sahəsində fərqlənən şagirdlərə diplom təqdim etdi.
Tədbir Azərbaycan musiqisinin milli rəqsi olan "Yallı" ilə tamamlandı. Daha sonra tədbirdə iştirak edən qonaqlar, eyni zamanda 2018/2019-cu tədris ilinin məzunlarının valideynləri çıxış edərək, məzunların yolunda saçlarını ağardan müəllim əməyindən, müəllim zəhmətindən danışdılar, müəllimlərə dərin təşəkkürünü bildirdilər.