Şagirdlərin psixoloji durumu.

May ayının 13-də şagirdlərdə psixoloji durumla bağlı 6 "C" sinfində valideynlərlə birlikdə şagirdlərin iclası keçirildi. İclas məktəbin akt zalında oldu. Məktəbin direktor əvəzi İ.Axundova, təşkilatçı M.Məhərrəmova və psixoloq İ.Quliyevanın iştirakı ilə keçirilən iclasda psixoloji durumunda narahatlıq olan şagirdlərlə bağlı söhbət aparıldı. Həmin şagirdlərin daim nəzarət altında olması bildirildi.