Dövlət rəmzlərimizə hörmətlə yanaşmaq hər birimizin borcudur.

28 May Respublika günü ilə bağlı 213 nömrəli məktəbdə Sabunçu Gənclər və İdman İdarəsinin rəhbərliyi ilə şeir müsabiqəsi keçirilmişdir. Şeir müsabiqəsində Azərbaycan Respublikasının Dövlət Hİmni şeir kimi səsləndirilməli idi. Məktəbimizin VIII "Ç" sinif şagirdi Cəbrayılzadə Nurlan şeir müsabiqəsinin qalibi olaraq II yerə layiq görülmüşdür. Məktəb rəhbərliyi bu münasibətlə C.Nurlanı təbrik etmiş, ona təhsil uğurları arzulamışdır.